"Hökümət mitinqi dağıda bilməyəcək" - Saakaşvili

Poroşenko qorxduğunu etiraf etdi
 
Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
O bildirib ki, Ukrayna Prezidenti Petro Poroşenko Kiyevə ağır artilleriya yeritməklə xalqdan qorxduğunu etiraf edib:
“Poroşenkonu 15 min etirazçıdan 3 min polis qoruyursa, demək ki, onu xalqla heç nə bağlamır. Radada isə siyasi vəziyyət məhv olub”.
Qeyd edək ki, Saakaşvili tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb.