“Hökumət əhalinin qazını kəsib Gürcüstana və Türkiyəyə satır” - NATİQ CƏFƏRLİ

Baxış sayı:
23560

Dünyada qaz satışı müqavilələti "ya al, ya ödə" prinsipi ilə imzalanır, yəni satıcı alıcıya vəd etdiyi həcmdə qaz verməsə, çatışmayan həcmin pulunu ödəməlidir”. Bu barədə iqtisadçı Natiq Cəfərli deyib.

“Hökumət əhaliyə satılan qazın həcminə yaxın BP-dən səmt qazını illərdir pulsuz alır”

Cəfərli qeyd edib ki, son həftələr, aylar Azərbaycanın müxtəlif rayonlarında, hətta Bakı və ətrafında sistemli şəkildə qaz kəsintiləri olur: “Bu kəsintilər əhaliyə verilən qaz limitinin artmasından sonra daha da çoxalıb. Hökumət əhaliyə qazı (limitlə) 1000 m3-ni 100 manata, yəni 59 dollara satır. Halbuki, əhaliyə satılan qazın həcminə yaxın BP-dən səmt qazını illərdir pulsuz alır. Bəs, nə məsələdir ki, yayın oğlan çağında, qaz istehlakının təbii olaraq azaldığı aylarda (ən azından evləri isitmək lazım deyil) əhalinin qazını kəsirlər?”
“Hökumət əhalinin qazını kəsib Gürcüstana və Türkiyəyə satır” - NATİQ CƏFƏRLİ

Cəfərli 2018-ci ilin iyul ayı ilə 2019-cu ilin iyul ayını müqayisə edib: “2018-ci ilin yanvar-iiyul ayları ərzində ölkədən 749 mln. dollar dəyərində 4 mlrd. 049 mln m3 qaz ixrac edib, hər 1000 m3 qazı 185 dollara, yəni 315 manata düşür. 2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1 mlrd. 262 mln. dollar dəyərində 6 mlrd. 709 mln m3 qaz ixrac olunub, hər 1000 m3 188 dollara, yəni 320 manata düşür”.

“Hökumət əlavə hardan qaz tapıb ki, ixracı artırıb?!”

“Keçən ilin eyni dövrü ilə müqaisədə bu ilin ilk 7 ayında qaz ixracı 60%-dən çox artıb. Xub, deyə bilərlər ki, bəs hasilat da artıb axı. Doğrudur, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında hasilat 34% artıb, amma ixrac 60%-dən çox artıb, axı. Sual yaranır hökumət əlavə hardan qaz tapıb ki, ixracı artırıb?! Düşündüm ki, bəlkə Rusiyadan alıb, amma nə keçən il, nə bu il qaz alınması ilə bağlı rəsmi məlumat yoxdur. Rusiya mənbələrinə baxdım, Azərbaycana qaz ixracı olmayıb,-deyə iqtisadçı əlavə edib.

“Əgər rəsmi qurumlar bunun əksini sübut edə bilirlərsə, buyursunlar, çıxaq efirdə danışaq”

Cəfərli onu da vurğulayıb ki, hökumət götürdüyü öhdəlikləri yerinə yetirmək və daha çox qazanmaq üçün öz xalqının, əhalinin qazını kəsib Gürcüstana və Türkiyəyə satır: “Mənim gəldiyim qənaət budur. Əgər rəsmi qurumlar bunun əksini sübut edə bilirlərsə, buyursunlar, çıxaq efirdə danışaq. Amma son zamanlar həm hökumət, həm onların zuy tutanları debatlardan qaçırlar. Çünki biz deyirik, onlar batırlar”.

Şamo EMİN, Hurriyyet.org