​Hökumət AZƏRTAC-ı da saxlaya bilmədi

Ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əsasnaməsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən AZƏRTAC-ın saxlanma xərcləri və fəaliyyəti bundan sonra təkcə dövlət büdcəsi hesabına yox, həm də büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.
Xatırladaq ki, indiyədək AZƏRTAC dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşir, informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülürdü.