Hökmdar üç oğluna birdən toy elədi - TOYDA MDB-DƏN HANSI PREZİDENTİN OĞUL-UŞAĞI VARDI...

Baxış sayı:
4890

Dubay əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Məktub iyunun 6-da üç oğluna birdən toy edib.

Toy Dubaydakı Ümumdünya Ticarət Mərkəzində baş tutub. Qonaqlar isə əsasən ərəb ölkələrindən olan yüksək rütbəli xaricilər olub. Xəbərlərə görə əl-Məktumun sərvəti ilə müqayisə olunanda onun oğlanlarının toyu “xeyli təvazökar” hesab edilə bilər.

Toyda MDB-dən də yüksək mənsəbli qonaqlar iştirak ediblər. “Azadlıq” radiosunun özbək xidməti xəbər verir ki, Özbəkistan prezidentinin 10 yaşlı oğlu Əlişir Mirziyayev və prezidentin iki kürəkəni-Oybek Tursunov və Otabek Umarov, habelə dövlət başçısının nəvəsi Miromon toyda olublar.

 

Bu fakt prezidentin kürəkəni Otabek Umarovun İnstagram səhifəsində toydan foto yerləşdirməsi nəticəsində məlum olub. Fotoda görünür ki, Dubay əmiri əlini Mirziyayevin oğlunun çiyninə qoyub, Özbəkistan dövlət başçısının kürəkəni isə təzə bəylərdən birinin yanında dayanıb.

Özbəkistan prezidentinin böyük kürəkəni Oybek Tursunov prezident administrasiyası rəhbərinin birinci müavinidir, ikinci kürəkəni Otabek Umarov isə prezidentin təhlükəsizlik Xidmətinin rəisinin birinci müavini işləyir.

Özbəkistanın həm indiki, həm keçmiş hakim elitasının Dubay əmiri ilə sıx münasibətləri var. Prezident Mirziyayev bu ilin martında Dubaya səfər edib və Şeyx əl-Məktumla “məhsuldar” danışıqlar aparıb. Bu danışıqların nəticəsi olaraq Dubay Özbəkistana 10 milyard dollar yatırmağa razılaşıb.

Özbəkistanın həm indiki, həm keçmiş hakimiyyətinin nümayəndələrinin Dubayda villaları, əmirliyin banklarında hesabları var./Virtualaz