​Hokinqin sonuncu elmi məqaləsi: Paralel dünyalar...

Baxış sayı:
313

Ötən həftə dünyasını dəyişən məşhur astrofizik Stiven Hokinqin ölümündən bir qədər əvvəl yazdığı paralel dünyaların mövcud olmasına həsr edilmiş məqaləsi tapılıb.
Muxalifet.az xəbər verir ki, məqalə nəşr edilməmiş əlyazmalar arxivinə qoyulub və sonuncu dəfə alimin ölümündən təxminən 10 gün əvvəl - martın 4-də yazıya düzəliş edilib.
Məlumata görə, “Əbədi inflyasiyadan rahat çıxış” (“A Smooth Exit from Eternal Inflation”) adlı məqalə Lyovenski katolik universitetinin alimi Tomas Hertoqun həmmüəllifliyi ilə yazılıb və bir sıra düzəlişlərdən sonra yaxın vaxtlarda dərc ediləcək.
Məqalə gələcəkdə çoxlu sayda dünyaların olması hipotezinin eksperimental sübutu üçün istifadə edilə biləcək riyazi aparatı və bunun nəzəri əsaslarını əhatə edir. Bu, kosmosa müəyyən mikrodalğalı şüalanma xarakteristikaları aşkarlamaq üçün hər hansı bir kosmik missiyanın göndərilməsi ilə baş verə bilər. Hertoqun sözlərinə görə, elmi iş "çoxsaylı insan ideyalarını təsdiqlənə biləcək bir elmi quruluşa çevirmək" üçün nəzərdə tutulmuşdur. Hertoqun sözlərinə görə, o məqalənin son vəziyyətinin müzakirəsi üçün Hokinqlə şəxsən görüşüb.