​Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Bu gün həndbol üzrə ölkə birinciliyində növbəti oyunlar keçirilib.
Azərbaycan Həndbol Federasiyasından Muxalifet.az-a bildirilib ki, hər üç oyunda favoritlər qələbə qazanıblar. Qadınlar arasında yarışlarda "Azəryol" klubu "İdman Akademiyası"nı 37:12, “Azərsu” komandası “Gənclər Birliyi”ni 39:19 hesabı ilə məğlub edib.
Kişilərin turnirində isə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin təmsilçiləri ilə qarşılaşan "Bakı" həndbolçuları 36:17 hesabı ilə qalib gəliblər.