​ Həmyerlisini bir yumruqla öldürdü - BAKIDA

Bakıda qətl törədən şəxs tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində R. Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. M. Zəkiyevin R. Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M. Zəkiyev tutulub.