Həmyerlimiz Rusiyada yoxa çıxdı

Baxış sayı:
5458

Bakıdan Rusiyaya işləməyə gedən 23 yaşlı gənc itkin düşüb. Nizami rayon sakini Samirə Cabbarova rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Ramil Əliyevin bu il fevralın 18-də sənədlərini götürərək Rusiya Federasiyasına işləmək adı ilə evdən çıxıb getdiyini və bir daha ondan xəbər almadığını bildirib. Faktla bağlı araşdırma aparılır./apa