Həmvətənimiz Avropada dövlət qulluğuna götürüldü

Həmvətənimiz Avropada dövlət qulluğunda yüksək vəzifəyə təyin olunub.
Muxalifət.az
-ın məlumatına görə, bu, 23 yaşlı İsveç doğumlu azərbaycanlı gənc xanım Aida Kianidir.  O, İsveçin Malmö şəhər meriyasına təyinat alıb. Aida haqqında Malmö kommunasının mətbuat xidməti özəl reportaj hazırlayıb.
Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk Aidə Kianidən başladığı iş haqqında soruşub və ona meriyadakı fəaliyyətində uğurlar arzulayıb.
Aidə Kiani 1994-cü ildə İsveçin Motala şəhərində anadan olub. O, Avropadakı Azərbaycan diasporunun nümayəndəsi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kianinin qızıdır. Aida Kiani Malmö Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dövlət qulluqçuluğu fakültəsinin builki məzunudur. Tələbə dövründə də Malmö şəhər bələdiyyəsində əvvəlcə praktika, daha sonra yay aylarında çalışaraq dövlət qulluqçuluğu sahəsində təcrübə qazanıb.
Bu ilin oktyabr ayından etibarən isə şəhər meriyasında hökümət seçkiləri üzrə Malmö şəhərinin baş koordinatoru kimi yüksək vəzifəyə təyin olunub. İsveçdə doğulub böyüməsinə baxmayaraq, doğma Azərbaycan, isveç, ingilis və danimarka dillərində sərbəst danışan Aidanın gələcək arzularından biri Azərbaycan və İsveçin birgə müştərək layihələr üzərində işləməkdir.