​Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yayıblar

Baxış sayı:
3286

ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan  xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.
ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu  bildirib.
Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.