Həmsədrlər noyabrın ortalarında Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcək

"Noyabr ayının ortalarında ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü gözlənilir".
 
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, görüşün harada keçiriləcəyi hələ dəqiqləşdirilməyib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyi isə həmsədrlərlə görüşdən sonra məlum olacaq.