Həmkəndlisini yumuruqla öldürdü - Qəbələdə qətl

Baxış sayı:
2803

Qəbələdə qətl  törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, iyulun 31-də Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Onun kliniki ölüm keçirməsi bildirilib və avqustun 1-də kənd qəbristanlığında dəfn edilib.

Araşdırmalarla həmin gün qeyd edilən kəndin ərazisində T.Səfərçinovla həmkəndlisi N.Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu (baş nahiyəsinə) yumruqla vurduğundan ölməsi müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rəhimov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.