​Həmkəndlisini əvvəl daşla vurdu, sonra güllələdi - Amansız qətl ilə bağlı cinayət işi

Baxış sayı:
6241

Həmkəndlisini daşla, sonra isə odlu silahla güllələyərək öldürən şəxs cəzadan azad olmaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib.
Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1, 228.1 və 317-2.1-ci maddələri ilə məhkum olunan Dukaşvili Levani Zurayeviçin məhkəmə prosesinə hakim Hafiz Kamranov sədrlik edib.
Xatırladaq ki, 2010-cu il yanvarın 30-da Qax rayonunun Qaxingiloy kənd sakini Pərviz Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evin yaxınlığında tapılması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətlin zərərçəkmişin həmkəndlisi Levani Dukaşvili tərəfindən törədildiyi müəyyən edilib.
O, yanvarın 30-da Pərviz Məmmədov və qeyriləri ilə birgə yeyib-içdikdən sonra, aralarında baş vermiş münaqişə zəminində sonuncunun sifətinə daşla xəsarət yetirib.
Sonra isə yaşadığı evin həyətində gizlətdiyi "TOZ-8" markalı tüfəngi götürərək hadisə yerinə qayıdıb və Pərviz Məmmədova atəş açaraq onu qəsdən öldürüb.
Cari ilin yanvarında iş üzrə ibtidai istintaq tamamlanaraq, məhkəmə baxışına təqdim edilib.