“Həmkarlarımla sanksiyaların ləğvinə icazə verməmək üçün birgə işləyəcəyəm”

“Prezident Dolanld Trampın Rusiya əleyhinə sanksiyaları ləğv etməsinə mane olmağa çalışacağam”.
Bunu ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn bildirib.
Senator qeyd edib ki, sanksiyaların ləğvi uzaqgörən kurs deyil: “Əgər o, belə addım atsa, mən öz həmkarlarımla Rusiyaya qarşı sanksiyaların ləğvinə icazə verməmək üçün birgə işləyəcəyəm”.
80 yaşlı senator Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.