​“Həmkarım Elmarla razıyam...” - Zöhrab Mnatsakanyan

Baxış sayı:
4093

“Mən həmkarım Elmarla Dağlıq Qarabağa dair görüşlərin yaxşı dinamikası məsələsində razıyam. Ötən 5 ay ərzində biz artıq iki görüş keçirmişik. Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında da yaxşı görüş keçib, bu da yaxşı dinamikaya imkan yaradıb. Biz bunu möhkəmləndirmək niyyətindəyik”.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Lüksemburqda “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin toplantısında deyib.
Nazir deyib ki, yaxın zamanlarda, çox güman dekabrda Ermənistanda seçkilər keçiriləcək. Bununla belə sülh üçün münbit atmosferin yaradılması məsələsini də diqqət mərkəzində saxlamaq lazımdır. Bura çoxsaylı elementlər daxildir, o cümlədən əvvəlki razılaşmalara əməl edilməsi, eskalasiya risklərinin azaldılması.
“Biz bu addımlar üzərində köklənməliyik və münaqişənin bütün tərəflərinin əhalsini sülhə hazırlamaq üçün real səylər gösərməliyik. Daha bir mühüm vəzifə militarist ritorikadan və nifrət təbliğatından əl çəkməkdir”-Mnatsakanyan belə deyib.