“Həmişə səksəkə içində yaşamışam” - ƏHMƏD ƏHMƏDZADƏ

Baxış sayı:
1531

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə jurnalistlərə etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.

“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”,- deyə keçmiş məmur bildirib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib. 1993-cü ilə qədər isə Ə.Əhmədzadə partiya nomenklaturasına daxil idi və Azərbaycan Kommunist Partiyasının bir neçə rayon komitəsinə rəhbərlik etmişdi.