​Həmin Kerri Kavano: “Con Bolton Qarabağa görə gəlmir...”

Baxış sayı:
5563

“Hərçənd Qarabağ məsələsi şübhəsiz ki, prezident Trampın milli təhlükəsizlik müşaviri Con Boltonun səfəri zamanı gündəmdə olacaq, ancaq bu məsələ onun səfərinin əsas məqsədi deyil”.
Muxalifet.az Virtualaz.org-a istinaden xəbər verir ki, bu sözləri Minsk Qrupunun keçmiş amerikalı həmsədri, istefada olan diplomat Kerri Kavano erməni KİV-lərinə açıqlamasında  Con Boltonun, habelə dövlət katibinin köməkçisinin müavini Corc Kentin regiona səfərini şərh edərkən deyib.
Con Boltonun Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfəri bu gün başlayır. Xəbərlərə görə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri region ölkələri ilə İrana qarşı sanksiyaları müzakirə edəcək, liderləri inandırmağa çalışacaq ki, bu sanksiyalara əməl etsinlər.

Kerri Kavano hesab edir ki, Corc Kentin regiona bu günlərdə baş tutmuş səfəri adi məsələ idi. “Con Boltonun səfəri isə tamam ayrı məsələdir”-o deyib.
Keçmiş diplomata görə Bolton Qafqazda və Moskvada İranın təsirlərinə qarşı dəstək axtaracaq, sanksiyaları müzakirə edəcək. Habelə Ukrayna, Suriya və energetika məsələlərini müzakirə edəcək.