Fransa prezidentinin SSRİ rəhbərinə sirli zəngi... - ŞARL DE QOLUN AXTARDIĞI ƏHMƏDİYYƏ CƏBRAYILOV KİM OLUB? – VİDEO

Baxış sayı:
6157

Muxalifet.az dünya şöhrətli azərbaycanlı, ikinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılov haqqında maraqlı filmi oxucularına təqdim edir.
Xatırladaq ki, Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la ilə təltif olunub.
Belə ki, 1986-cı ildə Ə.Cəbrayılov 5 fransız mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal.
1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.



Muxalifet.az