​Əhmədinejatın köməkçisinə HÖKM OXUNDU

Baxış sayı:
5731

İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Maşai 6,5 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, o, ölkənin milli təhlükəsizliyinə təhlükə törətməkdə ittiham olunurdu. Cinayət işi çərçivəsində Əhmədinejatın mətbuat məsələləri üzrə köməkçisi Əli Əkbər Canafəkr də 4 il iş alıb.
İsfəndiyar Maşai 2009-2013-cü illərdə Baş Qərargah rəisi olub. Əhmədinejat onu vitse-prezident təyin etdikdən 1 həftə sonra ali dini lideri Əli Xameneyinin xüsusi göstərişi ilə o bu postdan azad olunmuşdu.