Əhmədinecatdan, İnqilab Mühafizəçiləri Kəşfiyyat rəhbərinə sərt sözlər

Baxış sayı:
4180

İranın keçmiş prezidenti Mahmud Əhmədinecat, İnqilab Mühafizəçilərinin Kəşfiyyat rəhbəri Hüseyn Taibini natarazlıqda günahlandırıb.
 
Əhmədinecat, ona aid sosial media hesabında yayımlanan videoda, prezident vəzifəsində olarkən də İnqilab Mühafizəçilərinin Kəşfiyyat rəhbəri Hüseyn Taibinin əleyhinə olduğunu bildirib.
“Ölkə rəhbərlərinin hamısı onun nə etdiyini bilir" deyən Əhmədinecat, Taibinin ətrafındakı insanlar haqqında pis niyyətli dosyelər hazırladığını irəli sürərək, Kəşfiyyat Nazirliyindən də bu səbəbdən atıldığını, ancaq daha sonra ona qanunlara zidd olaraq mühüm səlahiyyətlər verildiyini deyib.
Əhmədinecat, İnqilab Mühafizəçilərinin Kəşfiyyat rəhbəri Hüseyn Taibin hansı prinsipləri əsas götürərək işlədiyinin bəlli olmasını istədiyini, hazırda malik olduğu səlahiyyətlərin hüquqsuz olduğunu bildirib.
Hüseyn Taibin rəhbərlik etdiyi qurum, İranın paralel kəşfiyyat təşkilatlarından biri olaraq görüldüyü üçün dövrün hökumət rəsmiləri tərəfindən tənqid edilib. İnqilab Mühafizəçiləri Kəşfiyyatının son dövrdə İrandakı nümayişlərin yatırılmasında həlledici rola malik olduğu və həbslərin da bu qurum tərəfindən aparıldığı bildirilir. Taib, İran kəşfiyyat və təhlükəsizliyinin ən təsirli şəxslərindən biri kimi tanınır. Rəhbərlik etdiyi qurum da İranın dini lideri Əli Xameneyinin göstərişilə yaradılıb.
Müxalifət.az