​Əhməd Qaya ilə bağlı bu gün belə bir imkan olsa... - Ərdoğan

Baxış sayı:
9967

Bu gün Əhməd Qaya ilə bağlı belə bir imkan olsa, ailəsi onun torpağımıza gətirilməsini qəbul etsə, biz əlimizdən gələn hər şeyi edərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kral FM radiosunda yayımlanan proqramlardan birində iştirak edərkən bildirib.
Ə.Qayanın musiqiləri səsləndirildikdən sonra Ərdoğan Qayanın nəşinin gətirilməsi üçün hər şeyi edə biləcəklərini deyib:
"Əhmədə o oteldə edilən xainliyi, xəyanəti, rüsvayçılığı o gecə nə etdiklərini belə heç vaxt unutmuram. Onu bu ölkədən qovana qədər əllərindən gələni etdilər. Əhməd vətən torpağında deyil, qürbətdə dayandı. Baş nazirliyim dövründə Mədəniyyət Nazirliyimiz vasitsilə Ə.Qayanın nəşinin ölkəyə gətirilməsini istədim. Xanımına da xəbər göndərdik. Əgər bu gün də belə bir imkan olsa, əlimizdən gələn hər şeyi edərik".