“Həmas”dan ABŞ-a sərt təpki

Baxış sayı:
7585

Amerika Birləşmiş Ştatlarının, “Həmas”-ın liderlərindən olan Saleh el-Aruri haqqında qəbul etdiyi qərar, “Həmas” tərəfindən narazılıqla qarşılanıb.
 
ABŞ-ın “Həmas” sədrinin müavini Saleh el-Aruri haqqında məlumat verənə 5 milyon dollar mükafat təyin etməsi, Həmas tərəfindən şiddətlə pislənmişdir.
“Həmas”dan edilən yazılı açıqlamada, ABŞ-ın bu addımının İsrailin hədəflərinə, Fələstin xalqına qarşı təcavüzkar və irqçi siyasətlərinə xidmət etdiyi, İsrailin tərəfini tutduğu qeyd olunub.
Arurinin, Fələstin xalqına xidmət üçün milli vəzifəsini yerinə yetirməkdə davam etdiyi bildirilib və Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə dünya ölkələrinə bu qərara reaksiya göstərmək çağırışı edilib.
Müxalifət.az