"Həmas": “Tunisli təyyarə mühəndisini “MOSSAD” ÖLDÜRÜB”

Muxalifət.az xəbər verir ki, “Həmas” təşkilatı 2016-cı ildə Tunisdə öldürülən təyyarə mühəndisi Zəvvariyə qarşı sui-qəsdin “Mossad” təşkilatı tərəfindən həyata keçirildiyini bildirib.
Dünən “Həmas”ın rəhbərlərindən olan Məhəmməd Nizal Livanın paytaxtı Beyrutda keçirdiyi mətbuat konfransında deyib: “Zəvvari sui-qəsdinin “Mossad” tərəfindən həyata keçirildiyinə dair əlimizdə tutarlı dəlillər var”.
 
Zəvvari pilotsuz uçuş aparatı proqramında çalışırdı
Tunisli təyyarə mühəndisi Məhəmməd Zəvvari 2016-cı il, dekabrın 15-də evinin qarşısında əcnəbi olduğu iddia edilən şəxslər tərəfindən qətlə yetirilmişdi. Sui-qəsddən sonra verilən açıqlamada cinayətin arxasında İsrailin durduğu iddia olunmuşdu.
O dövrdə “Həmas”ın hərbi qanadı olan “Kasam Briqadaları”ndan gələn açıqlamada Tunis Hava Yollarının 49 yaşlı keçmiş pilotu olan Zəvvarinin xüsusən də 2014-cü ildəki son Qəzza döyüşlərində istifadə olunan pilotuz uçuş aparatları ilə bağlı layihədə iştirak elədiyi barəsində məlumat verilmişdi.