HƏMAS Qəzza zolağını təslim edir – ATƏŞKƏS

Fələstin hərəkatı FƏTH və HƏMAS arasında atəşkəs imzalanıb. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlarda vasitəçi qismində rəsmi Qahirə iştirak edib. 
Məlumata görə, atəşkəs elan edilməsi partiyalara milli birlik hökumətinin yaradılmasına kömək edəcək. Fələstin dövlətinin mövcud rəhbəri Mahmud Abbası yeni liderlərin əvəzləyəcəyi də gözlənilir.
 Qeyd edək ki, tərəflər 1 dekabr tarixinə qədər Qəzza zolağına inzibati nəzarətin təhvil verilməsi barədə razılıq əldə ediblər.