“Həmas”-ın İsraillə anlaşması tənqid olundu

Baxış sayı:
2191

Fələstin prezidenti Mahmus Abbasın rəhbərlik etdiyi Əl-Fəth hərəkatı Həması İsraillə anlaşdığı üçün ittiham edib.
 
Əl-Fəth hərəkatının etdiyi açıqlamada, "Həmas liderliyinin işğalçı rəhbərliklə utanc verici müzakirələrdə iştirak etməsi, ABŞ-ın təklif etdiyi “Əsrin müqaviləsi”nin ən əhəmiyyətli maddələrinin tətbiq olunmasıdır" deyə, bildirilib.
 
Əl-Fəthin Mətbuat Ofisinin başçısı Munir əl-Cagub, Qəzzanın Fələstinin digər parçalarından qopardılaraq kiçik bir dövlət yaradılma planının Fələstin milli layihəsinin sonunun gəlməsi və “Əsrin müqaviləsi”nin ən təhlükəli hədəflərindən birinin tətbiq olunması anlamına gəldiyini söyləyib.
Çağub, qanuni Fələstin rəhbərliyinin xaricində baş verən danışıqların təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.
Danışıqların "şübhəli" olaraq qiymətləndirildiyi şərhdə, milli ortaq qərar və xalqın iradəsi xaricində reallaşan görüşlərdən çıxacaq heç bir nəticənin qəbul olunmayacağı vurğulanıb.
Müxalifət.az