HƏMAS hücuma keçdi: İsrail cavab zərbəsi endirdi

Baxış sayı:
4666
Qəzza sektorundan ötən gecə İsrail istiqamətində 30 raket buraxılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, raketlərdən 7-si havada zərərsizləşdirilib, 3-ü Qəzza zolağının yaxınlığında boş əraziyə düşüb.
İsrail tərəfi cavab olaraq HƏMAS-a məxsus hərbi təyinatlı 25 obyektə aviazərbə endirib.