Həkimlər: “Nəqliyyatda yaşlı adama yer vermək ziyandır”

İctimai nəqliyyatda yaşlı adamlara oturmaq üçün yer vermək onların sağlamlığına zərər vurur. Novator.az-ın məlumatına görə, bir qrup britaniyalı həkim belə qənaətə gəlib.
Alimlər “British Medical” jurnalında dərc olunmuş məqalədə insanları yaşlanmanın təbii nəticələri ilə fiziki hərəkətsizliyi bir-birindən ayırmağa çağırır. Onlar yazır ki, yaşlılar adi fiziki hərəkətlərin köməyi ilə 10 il cavanlaşa bilər: “Biz yaşlıları dincəlməyə çağırmamalıyıq, fəallığa cəlb etməliyik. Avtobusda və ya qatarda yaşlı adama yer verməmişdən əvvəl ayaq üstə dayanmanın onun üçün ən yaxşı fiziki hərəkət olduğunu yaxşıca düşünün. Yaşlılarda xəstəliklərin çoxu onların qocalığı ilə deyil, fiziki fəallığın azalması ilə bağlıdır. Biz nə qədər hərəkətdə olsaq, bir o qədər sağlam olarıq”.
Alimlərin fikrincə, cəmiyyət elə dəyişməlidir ki, orta yaşlı və ahıl insanların fəal istirahətinə imkan yaransın.