​Həkimlər 17 yaşlı qızın ölmək arzusunu reallaşdırdı – ŞOK SƏBƏB

Baxış sayı:
2401

Hollandiyada Noa Pothoven adlı 17 yaşlı qız evtanasiya üçün müraciət edib. Bu barədə “Deyli Meyl” məlumat yayıb. Bildirilir ki, sözügedən qız cinsi zorakılıqdan sonra depressiyaya düşüb, iztirab çəkib və uzun illər psixi müalicələr alıb. 17 yaşı tamam olduqdan bir neçə gün sonra isə həkimlər ona öldürücü iynə vururaraq, həyatına son qoyub. Ölkə qanunlarına görə, 17 yaşını tamamlamış şəxs valideynlərinin icazəsi olmadan evtanaziya üçün müraciət edə bilər. Qeyd edək ki, Pothovenin valideynləri qızlarının bu qərarından xəbərsiz olub.