Həkim xəstəni komaya saldı - CƏLİLABADDA

Baxış sayı:
5506

Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb. Rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stamatoloji məntəqələrdən birinə gedib. Məntəqədə çalışan diş həkimi onun dişin keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır./report