Həkim tapa bilməyən mer sakinlərə ölməyi qadağan etdi

Baxış sayı:
445

Fransanın Qrell şəhərinin meri yeni sərəncam imzalayıb.

Unikal.org Fransa mətbuatına istinadən xəbər verir ki, sərəncama görə həftə sonu və tətil günlərində evdə ölmək qadağan edilib. Sərəncamın cəmiyyətdə həkim çatışmamazlığına diqqət cəlb etmək üçün imzalandığı bildirilib. Mütəxəssis çatışmamazlığı probleminin qısa müddət ərzində aradan qaldırılması nəzərdə tutulur.

Mer keçən bazar günü sakinlərdən birinin ölümünü təsdiqləyəcək həkim tapa bilmədiyindən sonra bu barədə sərəncam imzalayıb.