Hizbullah İsrail təyyarələrinə qarşı İran raketləri istəyir

Baxış sayı:
4147

İran inqilabının 40-cı ildönümü münasibətilə Livanın paytaxtı Beyrutun cənubunda təşkil olunan tədbirdə çıxış edən Hizbullahın baş katibi Nasrallah, İranın müxtəlif sahələrdə Livana yardım göstərməyə hazır olduğunu ifadə edib.
 
 Tehran rəhbərliyinə işarə edərək, "Orada bizdən bir şey istəməyən böyük və səmimi bir dost var" deyən Nasrallah, sözlərini belə davam edib:
“Mən İranın dostuyam və İsrail döyüş təyyarələrinə qarşı durmaq üçün Livan ordusuna hava müdafiə sistemi təmin etməyə hazıram. Hətta bölgənin ən güclü ordusu olması üçün ehtiyac duyduğu hər şeyi təmin etməyə hazıram. Bunun üçün İrana getməyə də hazıram".
İranın onlara verəcəyi dəstəyin nə üçün gözardı edildiyini soruşan Nasrallah, "Qoruma, inkişaf və elmlə yanaşı, beynəlxalq səviyyədə bizlərə dəstək çıxacaq bu dosta arxamızı çevirməyə və başlarımızı başqalarına təslim etməyə israr edirik. Bunların boyunlarımıza nə edəcəyini hamı yaxşı bilir" deyə söyləyib.
Livan Nazirlər Kabinetinin bu dövrdə qarşılaşacağı ən mühüm problemin elektrik enerjisi olduğuna diqqəti çəkən Nasrallah, İranın bu məsələni çox minimum xərclə bir ildən az müddətdə həll edə biləcəyini iddia edib.
Müxalifət.az