​Hizbullah İraqı tərk edəcəyi tarixi açıqladı

İŞİD-in İraqda tamamilə məğlub edilməsindən sonra Hizbullah qoşunlarını bu ölkədən çıxara bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə hərəkatın lideri Həsən Nəsrullah danışıb.
“Biz qardaşlarımızla birlikdə vəziyyəti müzakirə etdikdən sonra tapşırığımızı yerinə yetirdiyimizi və daha bizə ehtiyac olmadığını görsək əlbəttə ki, onlar (hərəkat üzvləri) başqa bir tapşırığa başlamaq üçün İraqı tərk edəcəklər”, - Hizbullah lideri deyib.
Qeyd edək ki, Hizbullah İraqda İŞİD-ə qarşı əməliyyatlarda fəal şəkildə iştirak edib.