“Hizbullah” “Fateh-110” raketlərinə malik olduğunu açıqladı

Livanın “Hizbullah” hərəkatının lideri Seyyid Həsən Nəsrullah İran istehsalı olan və İsrail ərazisində hədəfləri vurmağa qadir olan “Fateh-110” raketlərinə 2006-cı ildən malik olduğunu bəyan edib. Bu barədə APA “Frans Press”-ə istinadən xəbər verir. 

“Biz bu tip raketlərə 2006-cı ildən malikik”, deyə o qeyd edib.

Qeyd edək ki,  “Hizbullah” bundan əvvəl İsrailin Suriyaya müdaxiləsinə cavab olaraq istənilən an hava zərbələri endirməyə hazır olduğunu bildirmişdi.