​Hizbullah buna son qoysun - Həriri

Region dövlətlərin daxili işlərinə müdaxilə edən Hizbullah buna son qoymalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Livanın Baş naziri Səid Həriri deyib.
“Hizbullahın ərəb qardaşlarımıza təsir edən və bu ölkələrin təhlükəsizliyini, sabitliyini hədəf alan mövqeyini qəbul etməyəcəyik”, - Həriri bildirib.
Qeyd edək ki, İran rəsmilərinin açıqlamasında Suriya müharibəsindən sonra Hizbullahı tərki-silah edilməyəcəyi deyilmişdi.