“Hiper”in fırıldağı açıldı

Alıcıları qiymətdə aldadan daha bir mağazanın adı açıqlandı

Vaxtı  İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıtdakı marketlərdə qiymət artımı ilə bağlı yoxlama aparılıb.

Nazirlikdən bildirilib ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus “Hiper” marketdə aparılan yoxlama zamanı təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.