Hindistanın Pakistandan tələbi: Konkret addımlar at!

Baxış sayı:
7189

Hindistan Pakistandan terror təşkilatlarına qarşı konkret addımlar atılmasını tələb edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Raveeş Kumar açıqlama yayıb. O, Pakistanda təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmalara qarşı apardığı əməliyyatların yetərli olmadığını bildirib.
Pakistanın İnformasiya naziri Favad Çaudri isə fəaliyyəti qadağan edilmiş qruplara qarşı hərəkətə keçdiklərini, ölkə torpaqlarından terrorizm məqəsədilə istifadə edilməsinə icazə verməyəcəklərini açıqlayıb.
Çaudri Pakistanın Baş naziri İmran xanın Hindistanı ortaq istintaqa qatılmağa dəvət etdiyini, lakin Hindistandan cavab gəlmədiyini bildirib.
Qeyd edək ki, Pakistan təhlükəsizlik qüvvələri Milli Fəaliyyət Planı strategiyası çərçivəsində terror qruplaşmalarına qarşı əməliyyatlara başlayıb.