Hindistanın 7 əyalətində quş qripi aşkarlandı

Baxış sayı:
94

Hindistanda quş qripi yayılmağa başlayır.

Müxalifət.az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan hökuməti 7 əyalətdə quş qripinin aşkarlanmasından sonra təhlükəsizlik tədbirlərini artırmağa başlayıb. Bu gündən etibarən canlı quş idxalına müvəqqəti qadağa qoyulub. Paytaxt Dehlidəki ən böyük quş bazarı isə 10 gün müddətinə bağlanıb.