​Hindistanda səkkiz eşşək həbs olundu

Baxış sayı:
878

Hindistanın Uttar-Pradeş ştatında yerli həbsxananın ətrafında qiymətli bitkiləri yeyən səkkiz eşşək saxlanılıb.
Muxalifet.az-ın Daily Mail nəşrinə istinadən xəbərinə görə, heyvanların məhv etdiyi bitkilərin ümumi qiyməti 64 min rupi (təxminən 1500 manat) təşkil edib.
Eşşəklər Oray şəhərində yerləşən həbsxana rəisinin birbaşa əmri ilə həbs olunublar.  
Heyvanların sahibi Kamleş adlı yerli sakin “Bharati Canata” partiyasının üzvü olan siyasətçiyə müraciət edib, sonuncu onun yerinə girov qoyduqdan sonra eşşəklər azadlığa buraxılıb.
Həbsxana administrasiyasının nümayəndəsinin sözlərinə görə, bu eşşəklərin sahibinə dərs olacaq və o, gələcəkdə heyvanlara daha yaxşı nəzarət edəcək.