​Hindistanda qum fırtınası:bir sutkada 109 insan ölüb

Baxış sayı:
4279

Hindistanın şimal rayonlarını cənginə alan qum fırtınası səbəbindən bir sutka ərzində azı 109 nəfər həlak olub, 130-dan çox insan isə xəsarət alıb.
 
Muxalifət.az xəbər verir ki, NDTV telekanalının yaydığı məlumata görə, ölüm faktlarının əksəriyyəti Uttar-Pradeş ştatında qeydə alınıb – 64 nəfər. Təbii fəlakət nəticəsində təkcə Aqra şəhərində 43 nəfərin öldüyü bildirilir. Həmçinin 31 nəfər qonşu Racastan əyalətində həyatını itirib.
Ölkənin meteorologiya xidmətinin proqnozun əsasən, yaxın iki gün ərzində təbii fəlakətdən əziyyət çəkən rayonlarda hava şəraitinin düzələcəyi gözlənilmir.
Hökumət həlak olan və xəsarət alanların sayının artacağından ehtiyatlanır.