​Hindistanda güclü yağış - 10-dan ÇOX ADAM ÖLDÜ

Hindistanın cənubunda Çennay şəhərində güclü yağıntılar nəticəsində azı 12 nəfər həlak olub.
Trend-in məlumatına görə, on mindən çox sakin Tamilnad ştatında yaradılmış xüsusi düşərgələrə sığınmalı olub.
Yağış bölgədə bir həftəyə yaxındır ki, davam edir. Oktyabrın 31-dən etibarən ştat ərazisində bütün məktəblər bağlanıb. Çennay şəhərində isə bir sıra yollar su altında qalıb.