Hindistanda FACİƏ: qatar insanları əzdi - Ölənlərin sayı artdı (YENİLƏNDİ)

Baxış sayı:
5098

Hindistanın Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Sinhua" məlumat yayıb. Ölənlər arasında qadınlar və uşaqların çoxluq təşkil etdiyi bildirilir.

***

Hindistanın Amritsar şəhəri yaxınlığında qatar insan kütləsinin üzərinə hərəkət edib.
Mualifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 50 nəfər ölüb, çox sayda yaralı var. Ölü sayının artacağı istisna edilmir.
Bildirilir ki, yerli əhali Hindistanın məşhur bayramı olan Daşahra bayramını qeyd edirmiş. Bayram nünasibətilə dəmir yollarının yaxınlığında müqəvva yandırılıb və insanların bir çoxu da dəmir yolunun üzərində dayanıbmış.