​Hindistanda dəhşətli avtobus qəzası: 12 ölü, 13 yaralı

Baxış sayı:
109

Hindistanın Uttarakxand ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 12 nəfər ölüb, 13 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, hadisə Uttarkaşi rayonunda baş verib. Qəza nəticəsində 10 nəfər hadisə yerində, 2 nəfər isə xəstaxanada keçinib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.