Hindistanda daha bir ağlasığmaz cinayət

Hindistanın Mərkəzi İstintaq Bürosu ikinci sini şagirdinin qətlində şübhəli bilinən 11-ci sinif şagirdini həbs edib.
Muxalifet.az-ın xəbərinə görə, hadisə sentyabrın 8-də baş verib. Yeddi yaşlı uşaq Quruqram şəhərində özəl məktəblərin birinin ayaqyolunda boğazı kəsilmiş şəkildə tapılıb. Məktəblinin qətli şəhərdə etirazlara səbəb olub. 
IndiaTodayIn nəşri yazır ki, cinayətin motivi kimi 11-ci sinif şagirdinin imtahanların vaxtını uzatmaq istəməsi göstərilir. Saxlanılan şəxsin atası ittihamla razı deyil və oğlunun etirafı yazmağa məcbur edildiyini bildirib.