Hindistanda ağır qəza: 12 ölü, 7 yaralı

Baxış sayı:
1144

Hindistanın şimalında yerləşən Sonipat şəhərində baş vermiş yol qəzası nəticəsində azı 12 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, hadisə yük maşınının avtomobillə və digər minik vasitəsi ilə toqquşması nəticəsində baş verib.
Sürücüsü hadisə yerindən qaçan yük maşını polis tərəfindən müsadirə olunub.