Hindistan-Pakistan sərhədində gərginlik: ölənlər var

Baxış sayı:
8836

Pakistanda təmas xəttinin Ravalakot (Pakistan) rayonundan keçən hissəsində atışma baş verib. Hindistan hərbçilərinin açdığı atəş nəticəsində Pakistan ordusunun üç hərbi qulluqçusu həlak olub, bir əsgər yaralanıb.
 
Bu barədə “Dawn” nəşri məlumat yayıb.
Rəsmi İslamabad Hindistan tərəfinin səbəbsiz şəkildə atəşkəsi pozduğunu və Pakistan ordusunun buna görə qarşılıq verdiyini açıqlayıb.
Oxu.az xatırladır ki, Hindistanın nəzarətində olan, müsəlman çoxluğun yaşadığı yeganə ştat sayılan Kəşmirdə vəziyyət artıq uzun illərdir ki, gərgin olaraq qalır. Mübahisəli Kəşmir bölgəsinə Hindistan və Pakistanın ərazi iddiası var.
Rəsmi Dehli İslamabadı həmin bölgədə fəaliyyətdə olan terrorçuları və separatçıları dəstəkləməkdə ittiham edir. Pakistan isə bu iddiaları qəti şəkildə rədd edir.