HİDDƏTLƏNDİ, GENERALA ZƏNG VURMAQ İSTƏDİ - “Ermənilər hər gün qayıqlarla Arpaçaydan balıq tutur, biz niyə tuta bilmirik?...”

Baxış sayı:
656

Türkiyənin Ermənistanla sərhəd Qars vilayətinin Arpa çayı sahilində yerləşən 6 kəndinin sakinləri çaydan ticari məqsədlə balıq tutmaq qadağasına etiraz edir. Onlar deyirlər ki, bu qadağa nəyə görəsə Ermənistanda tətbiq edilmir, amma Türkiyə tərəfi öz sakinlərinə belə qadağa qoyub.

Türkiyə KİV-lər xəbər verir ki, Türkiyə-Ermənistan sərhədində yerləşən Arpaçay su anbarında əvvəllər ticari məqsədlə balıqçılıqla məşğul oan Böyük Aüzüm, Yalçınlar, Yılanlı, Aslanhane, Küçük Aküzüm və Çetindurak kəndlərinin sakinlərinə bir neçə ildir balıq tutmaq qadağan edilib. Sakinlər deyirlər ki, ermənilər su anbarında sərbəst şəkildə balıq tuturlar, amma onlara icazə verilmir. Kəndlilər Qars valisi Türker Öksüzdən yardım tələb edir.

Aslanhane kəndinin sakinlərindən Nuri Geçgili deyir ki, qayıqlarla balıq tutmağa icazə verilmədiyinə görə, onlar qarmaqla balıq tutmağa çalışırlar. Ermənilər isə qayıqla balıq ovuna çıxır. “Ermənilər 4 qayıqla balıq ovuna çıxır, biz 2 qayıqla çıxa bilmirik. Ötən gün qarmaq atmağa gəlmişdim. Ermənilərin 4 qayıqla balıq ovuna çıxdıqlarını görəndə əsəbim pozuldu. Tabor komandanının və valinin telefonlarını tapa bilmədim ki, zəng vurum. Tapsaydım deyəcəkdim ki, ərazinin və suyun 90 faizi bizimdir, amma sudan faydalanan ermənilərdir, su bəndindən xeyir götürən onlardır. Bizim insanımızın ərazisi gedib, biz niyə balıq ovlaya bilmirik. Qadağandısa erməniyə niyə qadağan deyil? Erməni balıq ovuna çıxır, amma mən çıxa bilmirəm. Nə varmış, Ermənistanla Azərbaycan arasında düşmənçilik varmış. Varsa mənə nə? Biz buranın yüzlərlə ildir qoruqçusuyuq. Əsgər gəlir, bir neçə ay qalıb gedir, amma mən buranın daimi qoruqçusuyam, bizim babalarımız burada savaşdılar, qan tökdülər. Amma bizim insanımız sudan, balıqdan faydalana bilmir. Kəndimizin dolanışıq mənbəyi balıqçılıq idi, indi qadağan edilib deyə insanlar köç edir",-qəzəblənmiş kəndli deyir.

O əlavə edir ki, su bəndindən balıq tutmaq qadağasında əsgərin heç bir günahı yoxdur, əsgərə nə əmr edirlərsə onu edir. Bütün günah validədir. "Vali əmr versə insanlar sərbəst şəkildə balıq ovlaya bilər. Sərhədimiz var, sərhəd xəttimiz bəllidir, işarələr, dayaqlar var”,-kəndli deyib./vitrualaz.org