Hicran Hüseynova sakinlərlə görüşə HELİKOPTERLƏ GETDİ
19-11-2019 11:50
Baxış sayı:
12595

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.
Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən unikal.org-a təsdiqləyiblər.
Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.