Hicran Hüseynova: "Boşanma zamanı ağsaqqallar üzə çıxmır"

Baxış sayı:
394

"Boşanma zamanı ağsaqqallar üzə çıxmır".

ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan xalqının gözəl adət-ənənələri var: "Elçiliyə gedəndə ağsaqqalları-ağbirçəkləri aparırlar. Onların sözlərinə önəm verilir. Amma boşanma zamanı onların heç biri üzə çıxmır. Axı, bu, düzgün deyil. Axı, həmin ağsaqqal, ağbirçək o evliliyə, o qıza görə məsuliyyət daşıyır. Yeni qurulan ailələrdə problem yaşandıqda onlar müdaxilə edib barışdırmağa çalışmalıdırlar. Buna görə də ağsaqqallıq instutu öz fəaliyyətini genişləndirməlidir".

O qeyd edib ki, məktəblərin, sosial işçilərin uşağa çox böyük təsiri olmalıdır, amma valideyn də məsuliyyətdən yayınmamalıdır: "O uşağın intiharı ilə bağlı bir nəfər sual verdi ki, niyə məktəbini 3 dəfə dəyişib? Valideynlər uşaqlarla maraqlanmalıdırlar, onlarla müntəzəm şəkildə söhbət etməlidirlər. Bəli problemlər çoxdur, amma deyim ki, Azərbaycanın ailə modeli dünyanın bir çox ölkəsinə nümunə ola bilər".