“Heyvan...” - Türk nazirdən SƏRT SÖZLƏR

Baxış sayı:
5449

Türkiyədə 31 martda reallaşacaq olan yerli seçkilərdə “Cümhur İttifaqı”nın namizədlərinə dəstək vermək məqsədilə Təkirdağdaa səfər edən daxili işlər naziri Süleyman Soylu xalqa müraciət edib.
 
Xalq qarşısındakı çıxışında PKK terror təşkilatına qarşı mübarizənin qərarlı addımlarla irəlilədiyini vurğulayan nazir Soylu, terrorçuları sərt sözlərlə təhqir edib: “Mənə küsürlər. Nə üçün? Deyirlər ki "Daxili işlər naziri belə danışmaz. Terrorçuların vəkilləri, hansı ki mən onlara millət vəkili demirəm. Kimsə qüsura baxmasın, demirəm, deməyəcəyəm. Onlar terrorun, PKK-nın vəkilləridir. Onların öz adına bir söz demə haqqı yoxdur. Onlar robotdur, xarakteri və şəxsiyyətləri yoxdur. İstanbuldan Diyarbəkirə qədər 15 vilayətdə APO namizədlərinin sərbəst buraxılması üçün yürüş edəcəklər. Bunun əvəzində mən nə demişdim? Pis bir şey demədim ki. Demişdim ki, sizə bu yürüşə imkan verən adam deyil. Yürüş keçirə bildinizmi? Xeyr. O keçmişdə qaldı. Mən bir qardaşınız olaraq deyirəm; 2 övlad atasıyam bir dənə qızım var. Ürəyim ağrıyır, yanır. 13- 14 yaşlı qızları dağa terrorçu kimi aparanlara, sonra onlara təcavüz edənlərə, sonra Murat Karayılan kimi heyvanın masasına çərəz kimi qoyanların burunlarından fitil fitil gətirməsəm namərdəm" deyə söyləyib.
Müxalifət.az