Heyət Tahrir Şam qrupundan Türkiyəyə dəstək: PKK ortadan qaldırılmalıdır

Baxış sayı:
11704

 HTŞ lideri Əbu Məhəmməd əl Cevlani Suriyanın şimalına dair gündəlikdəki məsələlərə dair açıqlama verib.
 
Təşkilatın media kanallarına müsahibə verən Cevlani müxaliflər arası daxili toqquşmadan Türkiyənin Fəratın şərqinə yönəlik mümkün əməliyyatına qədər bir çox mövzuya toxunub.
Cevlaninin açıqlamalarından satır başları:
 
Müxaliflər arası iç münaqişələr
 
 HTŞ liderinin açıqlamalarının başında müxaliflər arası iç toqquşmadan bəhs edərək, "HTŞ içərisində çıxması mümkün olan qruplar arası hər hansı bir qarşıdurmanın əsas səbəbi dağınıqlıq, ayrılıq, qrupların çox olması və tək bir regionda həyata keçirmək istənilən fərqli layihələrdir" deyə söyləyib.
Cevlani HTŞ-nin "Qalib gəlməklə üstünlük təşkil etməyə çalışmadıqlarını " önə sürərək təşkilatın belə bir siyasətinin olmadığını, regionda hələ də ayrı-ayrı qrupların mövcud olduğunu və HTŞ-nin bu qruplara yönəlik bir həmləsinin olmadığını dilə gətirib.
HTŞ lideri Cevlani silahlı qrupların siyasi hakimiyyətə qarışmaması lazım olduğunu ifadə edib. Cevlani HTŞ də daxil olmaqla, bütün qrupların rəhbərliyi buraxmasını deyib: "Ən gözəl həll bütün qrupları bölgələrin rəhbərliyindən çıxarmaq və idarəetmə administrasiyanı mülki və alimlərdən olan kifayət qədər səviyyəli şəxslərə təslim etməkdir. Azad zonalarda belə şəxslər çoxdur".
Cevlani “Nureddin Zenki” hərəkatı və Əhrar əl Dəməşq ilə yaşadıqları münaqişələri gündəmə gətirərək bu qrupları kafir elan etdiklərinə dair ifadələri təkzib edib: "Bizlər bu qrupları Müsəlman kimi görürük. Onları dindən çıxmaqda ittiham edənlər hesaba çəkiləcək, məhkəmə olunacaq və bəlkə də həbsə qoyulacaqlar. Bu qruplar bizim yaralılarımızı daşıyıblar, biz də onların yaralılarını daşımışıq. Bir çox döyüşlərdə rejimə qarşı eyni səngərdə döyüşmüşük". Əbu Məhəmməd əl Cevlani son toqquşmalarda əsir alınan bütün müxaliflərin də sərbəst buraxıldığını deyib.
Cevlani eyni zamanda Zenki hərəkatından ələ keçirilən ərazilərin özləri tərəfindən idarə edilməsi kimi bir vəziyyətin söz mövzusu olmadığını bildirib: "Bizim Zenkinin hakim olduğu bölgələri idarə etmədə heç bir rəğbətimiz yoxdur. Bu bölgələrdə yerli məclislər var və vətəndaşlarla bağlı sahələri onlar idarə edir. Qərbi Hələb kəndində bir çox qrup var. Zenki əsgərlərinin rejimə qarşı orada olan hər hansı bir qrupa qatılmağı seçmək hüquqları var".
HTŞ lideri Zenki hərəkatı ilə yaşadıqları qarşıdurmaların qrupun bəzi bölgələri Rusiyaya təslim etməyə qərar verməsi və dörd HTŞ nümayəndəsini öldürməsi nəticəsində baş verdiyini, Zenkinin birgə məhkəmədə problem çıxardığını və günahkarları təhvil vermədiyini irəli sürüb.
 
Türkiyənin Fəratın şərqinə əməliyyatı
 
 Cevlani Türkiyənin Fəratın şərqinə yönəlik mümkün əməliyyatına dair fikirlərini də bildirib. HTŞ lideri PKK-nın ortadan qaldırılmasının lazım olduğunu müdafiə edib: "PKK bu inqilabın düşmənidir və Sünni Ərəblərdən böyük bir təbəqənin yaşadığı əraziləri işğal etmişdir. Orada yaşayanlar bizim tayfalarımızdır. Onların övladları bizimlə birlikdə döyüşür. PKK-nın aradan qaldırılmasının zəruri olduğunu düşünürük. Bizlər Fəratın şərq regionunun azad edilməsinin tərəfdarıyıq".
Müxalifət.az